Icma.az bildirir, Ayna portalına istinadən. Truong My Lan fırıldaqçılıqla qazandığı pulub 9 milyard dollarını ödəsə, ölüm cəzasından yayına
AYNA xarici mediaya istinadən bildirir ki, Lan fırıldaqçılıqla əldə etdiyi məbləğin dörddə üçünü, yəni 9 milyard dollar ödəsə, ölüm cəzasınd
68 yaşlı Truong My Lan aprel ayında ölüm cəzasına məhkum edilib.
Məhkəmə müəyyən edib ki, Truong My Lan 2011-2022-ci illər arasında “Saigon Commercial Bank”dan 304 trilyon VND (təxminən 12,5 milyard ABŞ dolları) dəyərində kredit alıb.
Bu, 2022-ci ildə Vyetnam ÜDM-nin təxminən 3%-ni təşkil edir.
Eyni zamanda, onun əməllərindən dəyən ümumi zərər 27 milyard dollar həcmində qiymətləndirilir.
Vyetnam qanunlarına görə, iqtisadi cinayətlərə görə ölüm cəzasına məhkum edilənlər oğurlanmış vəsaitin 75%-ni qaytarsalar, onların həyatları xilas olacaq.
Beləliklə, Truong My Lan ölüm cəzasından yayınmaq üçün təxminən 9 milyard dollar ödəməlidir.