W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı FOTOLAR

22.07.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

“Bugatti” sonuncu “W16 Mistral” modelinin istehsalını başa çatdırıb.

Avtosfer.az xəbər verir ki, bu model layihələndirilərkən 99 ədəd istehsal edilməsi planlaşdırılmışdı. Beləliklə, ümumi yollar üçün istifadəsi nəzərdə tutulan W16 mühərrikli 4 turbomompressorlu avtomobillərin istehsal başa çatıb. Fransanın Molşem şəhərində yerləşən şirkət V16 hibrid modelinə keçir.

Cəmi 99 ədəd istehsal edilmiş modelin 1 ədədinin qiyməti 5 milyon avrodur. Bütün maşınlar artıq sahiblərinə çatdırılıb.

8 litrlik W16 mühərrik 1600 at gücü hasil edir. Bu da avtomobilin 453 kilometr/saat sürət yığmasına imkan verir.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью