WAKO prezidenti ölkəmizdə səfərdədir

03.04.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

3 aprel tarixində WAKO (Dünya Kikboksinq Təşkilatları Assosiasiyası) prezidenti Roy Bakerin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Kikboksinq Federasiyasının Fəxri Prezidenti, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev ilə görüş keçirilib.

İdman.Biz bildirir ki, görüş zamanı Azərbaycanda kikboksinqin mövcud vəziyyəti, inkişaf perspektivləri, eləcə də qarşıda planlaşdırılan yerli və beynəlxalq yarışlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Roy Baker çıxışında Azərbaycanın son illərdə kikboksinq sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək bildirib ki, ölkəmiz bu idman növünün inkişafında regionun aparıcı mərkəzlərindən birinə çevrilib. O, federasiyanın həyata keçirdiyi layihələri və görülən işləri xüsusi qeyd edərək, idmançılarımızın beynəlxalq arenada qazandığı uğurları yüksək dəyərləndirib və gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə həmçinin gənclərin idmana cəlb olunması, beynəlxalq turnirlərin Azərbaycanda təşkili və federasiyanın qlobal layihələrdə daha fəal iştirakı məsələləri də müzakirə olunub.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью