Wall Street Journal: “Növbədə Kubadır” | Icma.az
Icma.az bildirir, Azvision saytına əsaslanaraq. AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Wall Street Journal (WSJ)” jurnalı b
“ABŞ administrasiyası Kuba iqtisadiyyatını “çöküş astanasında” kimi qiymətləndirib.
Buna görə də, Venesuela prezidenti Nikolas Maduronun “həyati vacib himayədarını” itirməsindən sonra Kuba hökumətinin heç vaxt indiki qədər həssas olmadığı qənaətinə gəlib”, - mənbələr qəzetə deyiblər.
Nəşr bildirir ki, ABŞ-nin Kubada hökuməti devirmək üçün konkret planı yoxdur, lakin Vaşinqton Maduronun ələ keçirilməsinə “hərəkət modeli və xəbərdarlıq” kimi baxır.
Tramp Rubionun Kuba prezidenti olması ideyasını dəstəkləyib Bundan əvvəl avropalı diplomatlar “Bloomberg” agentliyinə adanın yanacağını və maliyyəsini kəsməklə hədələyən ABŞ prezidenti Donald Trampın artan təzyiqləri fonunda Kubanın humanitar böhran və hökumətin iflası ilə üzləşə biləcəyini söyləyiblər.
“Reuters” agentliyi isə ABŞ kəşfiyyatının Kubanın iqtisadi vəziyyətini “son dərəcə ağır” kimi qiymətləndirdiyini yazmışdı.
Lakin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) böhranın hökumətin iflasına gətirib çıxaracağı iddiasını birmənalı saymır.
Hələ yanvarın 5-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Kuba “görünür, yıxılmaq üzrədir”.
Tam oxu
Xəbəri oxu