Icma.az, Moderator.az saytına istinadən bildirir.
ABŞ-nin ən böyük pərakəndə satış şəbəkəsi olan "Walmart"ın kapitallaşması tarixində ilk dəfə bir trilyon dollar həddini keçib.
Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu, NASDAQ birjasında "Walmart" səhmlərinin 2% bahalaşmasından sonra baş verib.
Son altı ay ərzində "Walmart"ın səhmləri təxminən 30% artıb. Hazırda "Walmart" şəbəkəsi dünyanın 19 ölkəsində fəaliyyət göstərir və 11 minə yaxın mağazaya sahibdir.
Beləliklə, "Walmart" kapitallaşması bir trilyon dolları keçən şirkətlər klubuna daxil olan ilk pərakəndə satış şirkəti olub.
Bu klubda əsasən texnologiya nəhəngləri üstünlük təşkil edir. "Walmart"la yanaşı, kapitallaşması bir trilyon dollardan çox olan şirkətlər sırasında "Nvidia", "Alphabet", "Apple", "Microsoft", "Amazon", "Meta", "Broadcom", "Tesla", eləcə də texnologiya sektoruna aid olmayan daha bir şirkət - Uorren Baffettə məxsus "Berkshire Hathaway" yer alır.