“Warner Bros.” “Paramount” ilə müqavilədən imtina edəcək

17.12.2025

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Warner Bros. Discovery” (WBD) “Paramount”un satın alma təklifini rədd edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Nəşr qeyd edir ki, “Paramount Skydance”ın rəhbərliyi sövdələşmə üçün 108 milyard dollardan çox ödəməyə hazır idi. Bununla belə, WBD bu təklifi “Netflix” axın platformasının xeyrinə rədd etməyi planlaşdırır.
“The Guardian”ın məlumatına görə, “Netflix” və “Warner Bros.Discovery” şirkəti 82,7 milyard dollarlıq razılığa gəliblər. Razılaşmanın bir hissəsi olaraq, yayım şirkəti “HBO Max” və HBO televiziya studiyalarını, həmçinin “Harry Potter” və “DC Comics” franşizalarının hüquqlarını da alacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью