“Warner Bros.” və “Paramount”da böyük dəyişiklik “DC Studios”un rəhbərliyi də yenilənir

18.11.2026

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Hollivudun aparıcı kino şirkətlərində idarəetmə sisteminin yenidən qurulması gözlənilir.

Kulis.az xəbər verir ki, “Skydance” film istehsalı əməliyyatlarını birləşdirərək ildə 30 film istehsalı hədəfi qoyub.

Bununla belə, “Paramount Pictures” və “Warner Bros. Pictures” ayrı brendlər kimi fəaliyyətlərini davam etdirəcəklər.

Dəyişikliklər “DC Studios”a da təsir edir. Ceyms Qann və Piter Safran rəhbərlik vəzifələrindən ayrılır, studiyanın yeni prezidenti və baş yaradıcı direktoru postuna Ceyms Laçem gətirilir. “Paramount”un kino bölməsində Don Qreyncer və Kira Qoldberq, “Warner Bros.”da isə Cessi Erman rəhbər vəzifələrə təyin olunublar.

Bu addımlar studiyaların istehsal imkanlarını birləşdirmək və Hollivudun dəyişən bazarında rəqabət qabiliyyətini artırmaq planının tərkib hissəsidir.

"Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim..." - Ümid Yaşar Oğuzcan Söz adlı dünyanın işığında... - Məcid Rəşadətoğlu "The Odyssey" rəqəmsal plartformalarda - Tarixi açıqlandı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью