“Washington Post” Qəzzada ölən 18 min 500 uşağın adını dərc etdi

31.07.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Washington Post” qəzeti 7 oktyabr 2023-dən bəri İsrailin Qəzzaya hücumlarında həlak olan 18 min 500 fələstinli uşağın bəzilərinin adlarını qəzetdə, tam siyahını isə saytında dərc edib.

Bakıvatı.az-ın məlumatına görə, qəzet həmçinin bəzi uşaqların fotoları və hekayələrini də paylaşıb.

Siyahıda birinci doğum gününü qeyd etmədən həlak olan 900-dən çox körpənin adı yer alıb.

Uşaqlardan biri -  5 yaşlı Hind Rəcəb, yaxınlarının cəsədləri arasında saatlarla yardım gözlədikdən sonra ölü tapılıb.

Ümumilikdə Qəzzada öldürülənlərin 31 faizinin uşaq olduğu qeyd olunur.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью