Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
"Waymo" 16 milyard dollarlıq maliyyələşdirmə mərhələsini başa vurub.
Banco.az xəbər verir ki, “Google”un sürücüsüz avtomobil layihəsindən yaranan “Waymo” şirkəti dəyərini 110 milyard dollara yüksəldəcək yeni, 16 milyard dollarlıq maliyyələşmə turunu tamamlayıb.
Məlumata görə, bu vəsaitin dörddə üçündən çoxu “Waymo”nun ana şirkəti olan “Alphabet” tərəfindən təmin ediləcək. Bildirilib ki, “Waymo” yeni investorlar kimi “Dragoneer”, “Sequoia Capital” və “DST Global”i cəlb edib, mövcud dəstəkçilər olan “Andreessen Horowitz” və Əbu-Dabi dövlət fondu “Mubadala” da maliyyələşmə turunda iştirak ediblər.
“Waymo”nun şirkət sözçüsü açıqlamasında bildirib: “Xüsusi maliyyə məsələləri ilə bağlı şərh verməsək də, inkişaf istiqamətimiz aydındır. 20 milyondan çox səfər həyata keçirilmişkən, avtonom mobilliyə olan böyük tələbatı qarşılamaq üçün təhlükəsizlik yönümlü əməliyyat mükəmməlliyinə və texnoloji liderliyə fokuslanırıq”.
Bizi sosial şəbəkələrdən izləyin!!