WEF xəbərdarlıq edir: Beynəlxalq əməkdaşlıq durğunluq həddinə çatır | Icma.az
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünya İqtisadi Forumunun (WEF) "Qlobal əməkdaşlıq barometri" beynəlxalq əməkdaşlığın artan geosiyasi gərginlik və qeyri-sabitlik səbəbindən durğunluq həddinə çatdığını göstərib.
Lakin iqlim maliyyələşdirilməsi, ticarət və innovasiya sahələrindəki müsbət dinamika ümidverici olaraq qiymətləndirilib.
Qaynarinfo xəbər verir ki, forumun "McKinsey & Company" ilə birgə hazırladığı və beynəlxalq əməkdaşlığı ölçən 41 göstərici əsasında tərtib edilən "Qlobal əməkdaşlıq barometri 2025" hesabatında əməkdaşlıq beş əsas sahə üzrə qiymətləndirilib: ticarət və kapital axını, innovasiya və texnologiya, iqlim və təbii resurslar, sağlamlıq və rifah, sülh və təhlükəsizlik.
Hesabat göstərir ki, təxminən 10 il ərzində müsbət meyil göstərən beynəlxalq əməkdaşlıq hazırda dayanma nöqtəsinə gəlib.
Bu durğunluq xüsusilə son yeddi ildə "sülh və təhlükəsizlik" sahəsində müşahidə edilən kəskin azalmalardan qaynaqlanır.
Artan gərginliklər və yeni əməkdaşlıq imkanları Orta Şərq, Ukrayna və Sudan kimi bölgələrdəki münaqişə və humanitar böhranlar ötən il rekord səviyyəyə çatıb.
Soyuq müharibədən sonrakı dövrdə müşahidə olunan sabit əməkdaşlıq qaydası isə daha parçalanmış bir mənzərə ilə əvəzlənib.
Tam oxu
Xəbəri oxu