WhatsApp a yeni funksiyalar gəlir

19.11.2025

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

WhatsApp, iOS istifadəçiləri üçün beta versiyasında çoxlu hesab dəstəyini istifadəyə verib. Bu yenilik sayəsində istifadəçilər məxfiliyi və yazışma tarixçəsini riskə atmadan tətbiq daxilində bir neçə hesabı eyni vaxtda idarə edə bilirlər.

"Ölkə.az" xəbər verir ki, Beta sınaqlarında iştirak edən istifadəçilər WhatsApp-ın ayarlar bölməsinə “Hesab Siyahısı” adlı yeni bir bölmə əlavə olunduğunu müəyyən ediblər.

"WaBetaInfo"nun məlumatına görə, tez-tez hesab dəyişməli olanlar üçün daha əlverişli sayılan xüsusi bir düymə də QR kod nişanının yanında yerləşdirilib.

Yenilik bir neçə profilin idarə olunmasını xeyli sadələşdirmək məqsədilə hazırlanıb.(Manşet.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью