“WhatsApp” bu ölkədə qadağan ediləcək

29.11.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın qanunları pozduğuna görə “WhatsApp” sosial şəbəkəsinin tədricən qadağan edilməyə başladığı bildirilir.

“Cebheinfo.az” xəbər verir ki, Rusiyanın İnformasiya Texnologiyaları və Kütləvi Mediaya Nəzarət üzrə Federal Agentliyi “WhatsApp” vasitəsilə mesajlaşma tətbiqinin ölkədə terror aktları təşkil etmək, cinayətkarları cəlb etmək, vətəndaşlara qarşı fırıldaqçılıq və digər cinayətlər törətmək üçün istifadə olunduğunu iddia edən məlumat yayıb.

Qeyd edilir ki, Rusiyanın belə cinayətlərin qarşısını almaq üçün atdığı addımlara “WhatsApp” əməl etmir:

“Ona görə də, biz “WhatsApp”a qarşı davamlı olaraq məhdudlaşdırıcı tədbirlər görürük. Məhdudiyyətlər tədricən tətbiq olunur və istifadəçilərə digər mesajlaşma tətbiqlərinə keçməyə icazə veririk”.

Məlumatda vətəndaşların daxili mesajlaşma tətbiqlərinə keçməli olduğu və “WhatsApp”ın Rusiya qanunvericiliyinə əməl etmədiyi təqdirdə tamamilə bloklanacağı qeyd edilib.

Rusiyada təhlükəsizlik və fırıldaqçılığın qarşısının alınması üçün “WhatsApp” və “Telegram” sosial şəbəkələri vasitəsilə edilən zənglər məhdudlaşdırılsa da, bu yaxınlarda yayımlanan “MAX”, xüsusilə də dövlət qurumları arasında sürətlə yayılmağa başlayıb.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью