WhatsApp da nömrəsiz əlaqə dövrü başlayır

08.11.2025

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biri olan Vatsap yeni funksiyasını təqdim edib.

Milli.Az xəbər verir ki, artıq istifadəçilər bir-birini ləqəb (nik) vasitəsilə tapa biləcəklər. Beləcə, şəxsi telefon nömrəsini paylaşmadan zəng etmək və yazışmaq mümkün olacaq.

Bu yeniliyin əsas məqsədi - məxfilik səviyyəsini artırmaq və əlaqə qurma prosesini sadələşdirməkdir.

Məlumata görə, funksiyanın iş prinsipi "Telegram" platformasındakı analoji xüsusiyyətə bənzəyir və yaxın zamanda bütün istifadəçilər üçün aktivləşdiriləcək.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью