WhatsApp da statuslarda səslər niyə eşidilmir?

29.10.2025

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Bir çox "Android və iOS" istifadəçisi "WhatsApp"da video statuslarla bağlı problem yaşadıqlarını bildirirlər.

Milli.Az xəbər verir ki, bu barədə videolar paylaşılarkən və ya izlənərkən səs eşidilmir.

Nasazlıq həm istifadəçilərin öz paylaşdıqları, həm də başqalarının videolarında müşahidə olunur.

Qeyd edək ki, Meta şirkəti isə hələlik problem barədə rəsmi açıqlama yaymayıb.

Aysel Əkbər
Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью