WhatsApp da telefon nömrəsini paylaşmadan yazışmaq mümkün olacaq

30.06.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

WhatsApp istifadəçilər üçün yeni məxfilik funksiyasını istifadəyə verməyə hazırlaşır.

BAKU.WS xəbər verir ki, yaxın aylarda tətbiqdə istifadəçilər telefon nömrəsini paylaşmadan, unikal istifadəçi adı (username) vasitəsilə yazışa biləcəklər.

Şirkətin məlumatına görə, istifadəçi adını istənilən vaxt dəyişmək və ya silmək mümkün olacaq. Funksiya tam aktivləşdirildikdən sonra yeni söhbətə başlamaq üçün telefon nömrəsi əvəzinə yalnız istifadəçi adını paylaşmaq kifayət edəcək.

Bununla yanaşı, WhatsApp hesabı yaratmaq üçün telefon nömrəsi əvvəlki kimi məcburi olaraq qalacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью