WhatsApp dan illərdir gözlənilən yenilik

27.01.2025

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İlk dəfə 2023-cü il oktyabrında Android cihazlara çoxhesablı iş rejimi gətirən "WhatsApp" indi bu yeniliyi "Apple" cihazlarına tətbiq etməyə başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə "WABetaInfo" (WBI) məlumat yayıb.

Bildirilib ki, iOS üçün çox istifadəçi dəstəyinin pilot testləri artıq aktivləşdirilib.

Tətbiqin 25.2.10.70 beta nüsxəsində aparılan analizlər, eyni cihazda iki ayrı profilə sinxron giriş imkanının təsdiqləndiyini aşkarlayıb.

Texnoloji ekspertlərin proqnozlarına görə, sınaq mərhələsindən sonra xüsusiyyət qlobal səviyyədə bütün iOS istifadəçilərinə açılacaq. Lakin bu prosesin 2-3 ay davam edəcəyi ehtimal olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью