“WhatsApp” əfsanəvi funksiyanı geri gətirir

31.03.2025

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

MSN-in əfsanəvi xüsusiyyətlərindən biri olan “Mən nə dinləyirəm?” funksiyası “WhatsApp”da da istifadəyə verilir.

“WhatsApp” yeni funksiyanı “Spotify” vasitəsilə istifadəyə verir.

Yeni funksiya ilə istifadəçilər status yeniləmələri vasitəsilə dinlədikləri mahnıları paylaşa biləcəklər. Paylaşılan mahnının adı və ifaçısı status bölməsində göstəriləcək. Onu dinləmək istəyənlər bir kliklə “Spotify” vasitəsilə treki əldə edə biləcəklər. Bu funksiya hələlik bütün istifadəçilər üçün əlçatan deyil.

Qeyd edək ki, bir vaxtlar internetin ən məşhur mesajlaşma platforması olan MSN 2013-cü ildə “Microsoft” tərəfindən bağlanıb. (Metbuat.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью