WhatsApp əvvəlki dizaynına qayıtdı

23.11.2026

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

WhatsApp istifadəçiləri üçün status bölməsində yeni dəyişiklik tətbiq edilib.

AZXEBER.COM xəbər verir ki, hazırda istifadəçilərin paylaşdığı statuslar əvvəlki kimi şaquli formada, bir-birinin altında nümayiş olunur.

Xatırladaq ki, WhatsApp bir müddət əvvəl status bölməsində yeniliyə gedərək paylaşımları yan-yana, üfüqi formada təqdim etməyə başlamışdı. Son dəyişikliklə isə platforma əvvəlki dizayna qayıdaraq statusları yenidən alt-alta sıralayıb.

Fəridə Əsədzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью