Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir. Azərbaycanda "WhatsApp+" istifadəçilərinə təcili xəbərdarlıq edilib.
Sağlamolun.az xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas bildirib.
Onun sözlərinə görə, hazırda saxta "WhatsApp+" istifadə edənlərin bank hesablarından pullar oğurlanır: "Pulu oğurlananlar and-aman edib, bankları günahlandırsa da əslində "WhatsApp+"da olan arxa qapı sayəsində bank tətbiqlərinə giriş əldə edilir.
Azərbaycan saxta "WhatsApp+" yüklənmə sayına görə dünyada 1-ci yerdədir. Səbəb də sadədir.
Başqalarının gizliliyinə burnumuzu soxmağı sevirik. İndi isə bu maraq kütləvi şəkildə hesabların oğurlanmasına səbəb olur.
"WhatsApp+" orijinal "WhatsApp"da olmayan imkanları təqdim edən saxta həlldir.
Vaxtında dövlət qurumları, şəxsən mən bar-bağırırdım ki, zibil saxta tətbiqi yükləməyin.
İndi zərərçəkənlər dünyadan xəbərsiz kimi Bankları günahlandırır".Saglamolun.Az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.