WhatsApp istifadəçilərini SEVİNDİRƏCƏK YENİLİK Xəbər saytı Son xəbərlər və Hadisələr

25.12.2024

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

"iOS" əməliyyat sistemində "WhatsApp" istifadəçiləri üçün daha bir yenilik təqdim olunub. Artıq proqramda sənədləri skan etmək mümkün olacaq.

Bu yenilik haqqında məlumatı "WABetaInfo" portalı yayıb.

Funksiyanın köməyi ilə istifadəçilər cihazın kamerasını istifadə edərək sənədləri rahatlıqla skan edə və onları dərhal fərdi və ya qrup söhbətlərinə göndərə biləcəklər.

Qeyd edək ki, bu funksiya proqramın yenilənməsindən sonra yaxın günlərdə daha çox istifadəçi üçün əlçatan olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью