WhatsApp məhkəməyə verildi İstifadəçiləri aldadıb

26.01.2026

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq iddiaçılar qrupu ABŞ-nin "Meta Platforms" şirkətini məhkəməyə verib. "Meta"nı 2014-cü ildən şirkətə məxsus "WhatsApp" mesencerinin məxfilik və təhlükəsizlik məsələləri ilə bağlı istifadəçiləri aldatmaqda ittiham edirlər.

Milli.Az xəbər verir ki,məlumata görə, 2016-cı ildə "WhatsApp"da tətbiq edilən ikitərəfli şifrələmə mesajların yalnız yazışan tərəflər üçün əlçatan olduğunu nəzərdə tutur və şirkətin bu mesajları oxuya bilmədiyi bildirilir.

Lakin San-Fransisko dairə məhkəməsinə təqdim olunan iddia ərizəsində qeyd olunur ki, "Meta" və "WhatsApp" dünya üzrə istifadəçiləri çaşdıraraq guya "şəxsi" olan mesajların böyük hissəsini saxlayır, təhlil edir və onlara çıxış əldə edir.

İddiaçılar Avstraliya, Braziliya, Hindistan, Meksika və Cənubi Afrika Respublikasından olan şəxslərdir. Onlar "Meta" əməkdaşlarının istifadəçilərin mesaj məzmununa çıxışının olduğunu iddia edir. Ərizədə həmçinin bu məlumatların üzə çıxmasında "məlumat verən şəxslərin" rol oynadığı bildirilir, lakin onların kimliyi açıqlanmır.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью