Whatsapp mesajları izlənilir?

20.02.2026

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illərdə sosial şəbəkələr və mesajlaşma tətbiqlərində şəxsi yazışmaların izlənilməsi ilə bağlı narahatlıqlar artıb. İstifadəçilər tez-tez “Mesajlarımı başqası oxuya bilərmi?” sualını verirlər. Məsələ həm texniki, həm də hüquqi baxımdan aktuallığını qoruyur.

İT mütəxəssislər iki addımlı doğrulamanı aktivləşdirməyi, naməlum linklərə daxil olmamağı və cihaz təhlükəsizliyinə diqqət yetirməyi tövsiyə edir. İT mütəxəssis Elvin Abbasov bildirir ki, “Meta şirkətinin vatsap, Facebook, Instagram kimi məhsullarında boşluq tapıb onları qırmaq mümkündür, lakin bu, milyonlarla dəyərində gəlir gətirə bilər. Azərbaycanda bəzi şəxslər belə hallardan qazanc yeri kimi istifadə etməyə çalışır. WhatsApp üzərində QR kod vasitəsilə izləmə mümkündür, lakin bunun üçün qarşı tərəfin razılığı vacibdir.”

Hüquqi baxımdan isə, hüquqşünas Cavanşir Qasımzadə qeyd edir ki, şəxsi yazışmaların icazəsiz oxunması və yayılması qanunla cəzalandırılır. Zərərçəkmiş tərəf belə hallarda hüquq-mühafizə orqanlarına müraciət edə bilər və faktın sübuta yetirilməsi mühüm əhəmiyyət daşıyır.

Havar Şəfiyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью