“WhatsApp” mesajlarla bağlı yenilik etdi Artıq müdaxilə edilə bilər

28.11.2024

Icma.az bildirir, Metbuat portalına istinadən.

“WhatsApp” platforması yönləndirilən mesajlar üçün yeni funksiyanı təqdim edib.

Metbuat.az xəbər verir ki, yeni funksiya yönləndirilən mesajlara qeydlər əlavə etməyə imkan verəcək. “WhatsApp” bu yeniliyi hazırda tətbiqin beta versiyasında sınaqdan keçirir. “WhatsApp” yeni funksiyanı Android üçün yayımlanan 2.24.25.3 beta versiyasında istifadəyə verib. Bu yeniliyə görə, fərdlərə və ya qruplara yönləndirilən bütün məzmuna subtitrlər əlavə etmək mümkün olacaq.

“WABetaInfo”nun məlumatına görə, bu mühüm yenilik istifadəçilərə şəkillərə, videolara, sənədlərə və hətta ötürülən digər mesajlara kontekst əlavə etməyə imkan verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью