​“WhatsApp” ödəniş sistemini işə saldı Artıq pul ilə işləyəcək

10.02.2025

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

“WhatsApp” ödənişlərlə bağlı yeni funksiya üzərində işləyir.

Metbuat.az xəbər verir ki, “WhatsApp” istifadəçilərə mesajlaşmaqdan əlavə daha böyük imkanlar təklif edəcək yeniliklər edib. Məlumata görə, yeniliyə əsasən istifadəçilər “WhatsApp” vasitəsilə kommunal ödənişlərini həyata keçirə biləcək. İstifadəçilər bank proqramları və ya üçüncü tərəf platformalarından istifadə etmədən asanlıqla ödəniş edə biləcəklər. Yenilik “WhatsApp”ın Hindistan üzrə beta versiyasında müşahidə edilib. Bu sistemin bank hesabları ilə inteqrasiya olunmuş şəkildə işlədiyi və təhlükəsiz ödəniş imkanları təqdim etdiyi bildirilir. “WhatsApp” maliyyə sistemləri ilə inteqrasiyanı və normativlərə uyğunluğu tamamladıqdan sonra funksiyanı daha geniş şəkildə istifadəyə verəcək. Bildirilir ki, rəqəmsal ödəniş sistemlərinə maraq artdığı üçün tətbiq belə yenilik edib.

Qeyd edək ki, Hindistan “WhatsApp”ın geniş istifadə etdiyi ölkələrdən biridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью