​“WhatsApp” onlayn funksiyasını istifadəyə verdi Dərhal xəbər tutacaqlar

11.12.2024

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"WhatsApp" qrup söhbətləri ilə bağlı yeni funksiyanı test edir.

Manset.az xəbər verir ki, bu yenilik qrupda onlayn olan istifadəçiləri göstərməyə yönəlib. Məlumata görə, "WhatsApp" tətbiqinin beta versiyasında qrup söhbətləri üçün onlayn sayğac xüsusiyyəti aktivləşdirilib. Bu sayğac, qrupun yuxarı hissəsində istifadəçilərə neçə nəfərin "WhatsApp" tətbiqini açıq və onlayn vəziyyətdə olduğunu göstərəcək. Beləliklə, istifadəçilər qrupda neçə nəfərin aktiv olduğunu rahatlıqla izləyə biləcəklər. Lakin bu sayğac yalnız "WhatsApp"ını açıq saxlayan və internetə qoşulmuş istifadəçiləri əks etdirəcək.

Bununla yanaşı, məxfilik parametrləri vasitəsilə onlayn statusunu gizlədən istifadəçilər bu siyahıya daxil edilməyəcək.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью