“WhatsApp” yeni funksiyasını sınaqdan keçirir

02.12.2024

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“WhatsApp” kanalları paylaşmağı və yeni kanallar kəşf etməyi asanlaşdıracaq funksiyanı sınaqdan keçirməyə başlayıb.

Trend-in məlumatına görə, istifadəçilər QR kodu skan etməklə “WhatsApp” kanalına yönləndiriləcək və istəsələr kanala qoşula bilərlər.

Yenilənmə ilə “WhatsApp” istifadəçiləri artıq öz kanalları üçün QR kodları yarada və paylaşa biləcəklər. İstifadəçilər linki kopyalayıb yapışdırmaq əvəzinə QR kodu göstərməklə kanala qoşula biləcəklər.

Qeyd edək ki, kanallar üçün QR kod funksiyası hazırda “WhatsApp Android” beta versiyasında sınaqdan keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью