“WhatsApp”a yeni funksiya gəlir

06.11.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“WhatsApp” istifadəçilərin foto və video göndərməsini asanlaşdıracaq yeni funksiyanı sınaqdan keçirir.

“Yeni Sabah” xəbər verir ki, yenilik sayəsində istifadəçi hər hansı söhbətə daxil olduqda tətbiq telefonun qalereyasındakı son şəkil və ya videonu göndərməyi təklif edəcək.

Funksiya hazırda “Android” və “iOS” əməliyyat sistemlərindən istifadə edən məhdud sayda şəxslə sınaqdan keçirilir. Yaxın həftələrdə yeniliyin daha çox istifadəçiyə təqdim olunacağı gözlənilir. Funksiya 2 fərqli formada sınaqdan keçirilir. Hər hesabda isə bu dizaynlardan yalnız biri görünür. Birinci variantda mesaj yazılan sahənin yuxarısında qalereyadakı son şəklin kiçik görüntüsü və bildiriş yerləşdirilir. Bildiriş vasitəsilə istifadəçidən həmin şəkli göndərmək istəyib-istəmədiyi soruşulur. Təklifi bağlamaq üçün ayrıca düymə də nəzərdə tutulub. Pepperoni pizza

İkinci variantda isə söhbət bölməsindəki kamera işarəsi müvəqqəti olaraq dəyişir. Onun yerində qalereyadakı son şəklin kiçik görüntüsü əks olunur.

İstifadəçilər bu təklifləri nəzərə almadan əvvəlki qaydada mesaj yazmağa davam edə bilərlər. Təklif olunan şəklin üzərinə toxunmaqla da foto və ya video dərhal qarşı tərəfə göndərilmir. Bunun əvəzinə redaktə bölməsi açılır. İstifadəçi burada görüntüyə baxa, üzərinə yazı və ya stiker əlavə edə, yaxud göndərməkdən imtina edə bilər.

Funksiya hesaba əlavə edildikdə ilkin olaraq aktiv olacaq. Ondan istifadə etmək istəməyənlər “Ayarlar” bölməsində “Söhbətlər” hissəsinə daxil olaraq “Son media təklifləri” seçimini söndürə biləcəklər. 

Əsmətxanım Rzazadə 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью