“WhatsApp”da bunu etsəniz mesajları başqası oxuya bilməyəcək Yenilik

25.04.2025

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“WhatsApp” yeni funksiya ilə istifadəçilərin söhbətlərinin məxfiliyini daha da gücləndirib.

Metbuat.az xəbər verir ki, "Təkmilləşdirilmiş Söhbət Məxfiliyi" parametri istifadəçinin söhbət partnyorlarının söhbətləri ixrac etməsinə və media fayllarını avtomatik olaraq telefonlarına endirməsinə mane olur. Parametr həmçinin istifadəçinin mesajlarda Meta AI-dan bəhs etməsinə və ya Meta AI-a sualları verməsinin qarşısını alır. Bildirilir ki, istifadəçilər skrinşot çəkərək bu maneəni aşa bilərlər.

Bununla belə, “WhatsApp” "Təkmilləşdirilmiş Söhbət Məxfiliyi" parametri funksiyasına daha çox funksiya əlavə edəcəyini qeyd edib. Belə ki, funksiyanın aktiv olduğu söhbətlərdə skrinşotların çəkilməsi də bloklana bilər. Yenilikdən həm söhbətlərdə, həm də qruplarda istifadə oluna bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью