“WhatsApp”da gizli yer yaradıldı Mesajları heç kim oxuya bilməyəcək | Icma.az
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“WhatsApp” istifadəçilərinə məxfilikdə müxtəlif təkmilləşdirmələr təklif etməklə diqqəti cəlb edir.
Metbuat.az xəbər verir ki, bu təkmilləşdirmələr arasında söhbətin kilidlənməsi xüsusiyyəti vacib bir yenilik kimi seçilir.
Məlumata görə, “WhatsApp”ın söhbət kilidi funksiyası istifadəçilərə seçilmiş söhbətləri kilidləməyə imkan verir və bununla da başqalarının mesajları gizli oxumasının qarşısını alır.
Bu funksiyadan istifadə etdikdə kilidlənmiş söhbətlər "Bağlı söhbətlər" pəncərəsində yerləşir.
Kilidlənmiş söhbətlər burada yerləşdiyindən, telefon başqa insanların əlinə keçsə belə, onlar söhbətlərə daxil ola bilmirlər.
Bildirilir ki, buradakı çatlarda yeni mesajlar gəldikdə, onlar bildiriş olaraq görünməyəcək.
Bunu aktivləşdirmək üçün ekranın yuxarısındakı qrup və ya şəxsin adına toxunaraq, açılan pəncərədə "Söhbət Kilidi" seçiminə seçmək lazımdır.
Tam oxu
Xəbəri oxu