​“WhatsApp”da inanılmaz yenilik Telefon nömrəsinə ehtiyac qalmadı

01.09.2025

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“WhatsApp” istifadəçi təcrübəsini dəyişdirəcək yeniliyi istifadəyə verib.

Metbuat.az xəbər verir ki, yeni funksiyaya əsasən söhbət etmək üçün telefon nömrəsini paylaşmaq ehtiyacı artıq tələb olunmur. Yeniliyə əsasən istifadəçilər istifadəçi adlarını bilməklə ünsiyyət qura biləcəklər. Bildirilir ki, hazırda beta versiyada istifadəyə verilən yenilik “Söhbətlər” pəncərəsində xüsusi axtarış paneli vasitəsilə işləyir. İstifadəçilər digər istifadəçinin adını yazanda kontaktlarında olmasalar belə onun profilini müşahidə edəcəklər. Bu axtarışda məxfilik seçimi də əhəmiyyətlidir. Profil şəklini "Hər kəs" olaraq təyin edən istifadəçilər axtarışda müşahidə ediləcək. Profil şəklini yalnız müəyyən kontaktlarla paylaşmağı seçən istifadəçilər başqalarının axtarışlarında görünməyəcək.

Bildirilir ki, “WhatsApp” istifadəçi adı sistemi tələb etmir. İstifadəçilər telefon nömrələrindən istifadə edərək mesajlaşmaya davam edə biləcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью