“WhatsApp”da yeni funksiya

05.10.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

"WhatsApp” istifadəçilər üçün yeni funksiya təqdim edib. 

AZXEBER.COM xəbər verir ki, yenilik sayəsində statuslarda paylaşılan videoları artıq 2x sürətlə izləmək mümkündür.

Bu funksiya istifadəçilərə videolara adi sürətdən iki dəfə daha sürətli baxmağa imkan verir. Beləliklə, statuslarda paylaşılan video məzmunu daha qısa vaxt ərzində izləmək mümkün olacaq.

Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью