“WhatsApp”da yeni funksiya

09.12.2024

Icma.az bildirir, Bakupost portalına istinadən.

Dünyanın ən çox istifadə olunan mesajlaşma tətbiqlərindən biri olan WhatsApp yeni bir xüsusiyyət üzərində işləyir.

Bakupost.az xarici KİV-ə istinadən bildirir ki, qrup söhbətlərində hansı üzvlərin onlayn olduğunu anlıq olaraq göstərən bir funksiyanın tətbiqə əlavə ediləcəyi açıqlanıb.

Bu xüsusiyyət hələ Android cihazlarında test mərhələsindədir. Funksiyanın bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağına dair dəqiq bir tarix olmadığı vurğulanıb.


Rəhman Mirzəlizadə, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью