“WhatsApp”dan daha bir yenilik: Göndərilməyən mesajlar artıq itməyəcək

21.11.2024

Icma.az bildirir, Milli.az portalına istinadən.

"WhatsApp"ın yeni funksiyası ilə göndərilməmiş mesajlar artıq qaralama şəklində saxlanıla biləcək.

Milli.Az-ın məlumatına görə, daha öncə göndərilməmiş mesajları qaytarmaq mümkün deyildi. Lakin bu yenilik sayəsində tamamlanmamış mesajlar qaralama şəklində saxlanacaq və istifadəçilər istədikləri zaman bu mesajlara qayıdıb redaktə edə biləcəklər.

Qeyd edək ki, qaralamalar söhbət ekranının yuxarısında görünəcək. Bu funksiya dünyada "WhatsApp" istifadəçilərinə təklif edilməyə başlayıb.

İlqar Şabanov
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью