“WhatsApp”dan yenilik Hamı baxa biləcək

23.11.2024

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"WhatsApp" status yeniləmələrinə yeni funksiya əlavə edir.

Ölkə.az metbuat.az-a istinadən xəbər verir ki, yeniliyə əsasən istifadəçilər bütün qrupları etiketləyərək paylaşdığı foto və ya videolardan bütün qrup üzvlərinin bildiriş almasını təmin edə biləcək. "WhatsApp"ın sınaqdan keçirdiyi yeni funksiya Android üçün yayımlanan 2.24.24.21 beta versiyasında müşahidə edilib. Funksiya sadə şəkildə işləyir. Foto və ya videonun seçilməsi və etiketlərə qrup adının əlavə edilməsi bütün qrup üzvlərinin dərhal xəbərdar olmasını təmin edəcək.

Qeyd edək ki, bundan əvvəl "WhatsApp" statuslarına maksimum beş nəfərin etiketləməsi funksiyası tətbiq edilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью