“WhatsApp”ın yeni funksiya

02.12.2024

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“WhatsApp” kanalları paylaşmağı və yeni kanallar kəşf etməyi asanlaşdıracaq funksiyanı sınaqdan keçirməyə başlayıb.

Publika.az xəbər verir ki, istifadəçilər QR kodu skan etməklə “WhatsApp” kanalına yönləndiriləcək və istəsələr kanala qoşula bilərlər.

Yenilənmə ilə “WhatsApp” istifadəçiləri artıq öz kanalları üçün QR kodları yarada və paylaşa biləcəklər. İstifadəçilər linki kopyalayıb yapışdırmaq əvəzinə QR kodu göstərməklə kanala qoşulacaqlar.

Bu funksiya hazırda “WhatsApp Android” beta versiyasında sınaqdan keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью