Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin may ayında sabit genişzolaqlı internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Sinqapur (372.02 Mbps) tutub.
Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay Fransa (315.38 Mbps) ikinci, Birləşmiş Ərəb Əmirlikləri (314.49 Mbps) üçüncü olub.
153 ölkə arasında sonuncu yerdə Suriya (3.19 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 87-ci (79.25 Mbps) olub.
Genişzolaqlı internetin ən sürətli olduğu 10 ölkə bunlardır (May, 2025):
Sinqapur – 372.02 Mbps Fransa – 315.38 Mbps BƏƏ – 314.49 Mbps Honkonq (Çinin xüsusi inzibati rayonu) – 310.24 Mbps Çili – 297.75 Mbps İslandiya – 297.50 Mbps ABŞ – 289.34 Mbps Cənubi Koreya – 288.54 Mbps İsveçrə – 257.38 Mbps Danimarka – 255.82 MbpsBizi sosial şəbəkələrdən izləyin!!