Wi Fi bu ölkələrdə daha sürətlidir

16.02.2026

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar ayında sabit genişzolaqlı internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Sinqapur (416.1 Mbps) tutub.

Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay BƏƏ (397.4 Mbps) ikinci, Fransa (348 Mbps) üçüncü olub.

152 ölkə arasında sonuncu yerdə Kuba (3.9 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 81-ci (90 Mbps) olub. 

Genişzolaqlı internetin ən sürətli olduğu 10 ölkə bunlardır (Yanvar, 2026):

Sinqapur – 416.1 Mbps BƏƏ – 397.4 Mbps Fransa – 348 Mbps Honkonq (Çinin xüsusi inzibati rayonu) – 347.4 Mbps İslandiya – 347.1 Mbps Çili – 337.9 Mbps Makao (Çinin xüsusi inzibati rayonu) – 315.1 Mbps ABŞ – 306.2 Mbps İsveçrə – 286.6 Mbps Vyetnam – 285 Mbps​​​

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью