Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin aprel ayında sabit genişzolaqlı internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Sinqapur (430.31 Mbps) tutub.
Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay BƏƏ (375.66 Mbps) ikinci, Fransa (354.04 Mbps) üçüncü olub.
154 ölkə arasında sonuncu yerdə Türkmənistan (2.19 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 82-ci (91.57 Mbps) olub.
Genişzolaqlı internetin ən sürətli olduğu 10 ölkə bunlardır (Aprel, 2026):
Sinqapur – 430.3 Mbps BƏƏ – 375.7 Mbps Fransa – 354 Mbps Honkonq (Çinin xüsusi inzibati rayonu) – 350.7 Mbps Çili – 345.1 Mbps İslandiya – 343.1 Mbps Makao (Çinin xüsusi inzibati rayonu) – 314.3 Mbps ABŞ – 308.6 Mbps İsveçrə – 295.7 Mbps Danimarka – 292.9 MbpsBizi sosial şəbəkələrdən izləyin!!