Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin iyul ayında sabit genişzolaqlı internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Sinqapur (451.14 Mbps) tutub.
Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay BƏƏ (382.87 Mbps) ikinci, Çili (380.93 Mbps) üçüncü olub.
151 ölkə arasında sonuncu yerdə Əfqanıstan (5.29 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 81-ci (92.52 Mbps) olub.
Genişzolaqlı internetin ən sürətli olduğu 10 ölkə bunlardır (İyul, 2026):
Sinqapur – 451.14 Mbps BƏƏ – 382.87 Mbps Çili – 380.93 Mbps Honkonq (Çinin xüsusi inzibati rayonu) – 358.61 Mbps Fransa – 336.30 Mbps Makao (Çinin xüsusi inzibati rayonu) – 320.74 Mbps Vyetnam – 307.11 Mbps ABŞ – 304.54 Mbps İslandiya – 302.82 Mbps Tayvan – 297.37 MbpsBizi sosial şəbəkələrdən izləyin!!