Wildberries in rəqəmsal infrastrukturuna kiberhücum olub

15.08.2026

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

10-11 avqust tarixlərində Rusiya kiberməkanında keçirilən əməliyyat çərçivəsində Kiber Korpus icmasının mütəxəssisləri Rusiya Federasiyasının logistikasında mühüm rol oynayan "Wildberries" şirkətinin rəqəmsal infrastrukturuna hücum ediblər.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi "Facebook" səhifəsində məlumat yayıb.

Obyektin ciddi səviyyədə qorunmasına baxmayaraq, hücum genişmiqyaslı uğursuzluqlara səbəb olub - əsas uzaq müştəri xidmətləri kanalı sıradan çıxıb, ödəniş infrastrukturu qismən qeyri-sabitləşib və əlaqə mərkəzlərinə əlavə yük yaradılıb.

Xüsusilə maliyyə ödənişlərini edə bilməməklə bağlı kütləvi şikayətlər qeydə alınıb.

GUR vurğulayıb ki, kiber əməliyyat Ukrayna Müdafiə Qüvvələrinin "Wildberries" anbarlarına kinetik hücumlarının təsirini artırıb.(Teleqraf)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью