Wildberries in Vladimir vilayətindəki anbarına da ZƏRBƏ ENDİRİLDİ VİDEO

03.08.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın Vladimir vilayətinin Xryastovo yaşayış məntəqəsində yerləşən Wildberries logistika anbarının pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qaldığı bildirilir.
Bizim.Media xəbər verir ki, bu barədə OSINT (Açıq Mənbələr üzrə Kəşfiyyat) platformaları məlumat yayıb.
Anbar ərazisində partlayış və yanğın qeydə alınıb. Hadisə ilə bağlı rəsmi qurumlar hələlik məlumat yaymayıblar.
Qeyd edək ki, son həftələrdə Ukrayna pilotsuz aparatlarının Rusiyanın müxtəlif bölgələrində yerləşən Wildberries logistika mərkəzlərinə silsilə hücumlar təşkil etdiyi deyilir.

Bizim.Media
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью