Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Qazaxıstanın Ticarət və İnteqrasiya naziri Arman Şakkaliyevin hökumətdə keçirilən brifinqdə verdiyi məlumata görə, "Wildberries" şirkəti ölkədə ümumi sahəsi təxminən 260 min kvadratmetr olan yeni anbar kompleksləri inşa etməyi planlaşdırır.
Nazirin sözlərinə görə, yeni logistika mərkəzlərinin istifadəyə verilməsi 2027-ci ilin yanvar-mart aylarına nəzərdə tutulub. Hazırda şirkət Qazaxıstanda artıq 46 min kvadratmetr sahəsi olan anbarları icarəyə götürüb.
Şakkaliyev bildirib ki, Almatıda şirkət 160 min kvadratmetrlik, Astanada isə təxminən 100 min kvadratmetrlik anbar komplekslərinin tikintisini həyata keçirir. Onun sözlərinə görə, bu layihələr əvvəldən elan edilmiş və Wildberries-in Qazaxıstandakı yerli fəaliyyətinin genişləndirilməsi planının bir hissəsidir.
Nazir əlavə edib ki, Qazaxıstan hökuməti pilotsuz uçuş aparatlarının hücumlarından sonra Wildberries tərəfindən əlavə yerləşdirmə ilə bağlı hər hansı müraciət almayıb.
Şakkaliyev yerli sahibkarlara marketpleys seçərkən mövcud vəziyyəti və mümkün riskləri nəzərə almağı tövsiyə edib.
Qeyd edək ki, daha əvvəl “Kommersant” nəşri Wildberries rəhbərliyinin anbarlarını mümkün hücumlardan qorumaq məqsədilə Qazaxıstanda yeni logistika sahələri axtardığını yazmışdı. Nəşrin məlumatına görə, Rusiyada iri logistika komplekslərinin bəzi sahibləri təhlükəsizlik risklərinə görə şirkətə anbar icarəyə verməkdən imtina etməyə başlayıblar.
S.ELAY
XQ