Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Bu gün səhər Ukrayna PUA-ları Moskva vilayətindəki Çexov şəhərinə hücum edib.
“AzPolitika” xəbər verir ki, vilayət qubernatoru Andrey Vorobyov məlumatı təsdiqləyib. Vorobyov Telegram-da yazıb: "Novosyolki sənaye zonasında bir neçə yanğın baş verib. Ən böyüyü anbarda qeydə alınıb”.
O, həmçinin elektrik yarımstansiyasına və inzibati binaya ziyan dəydiyini bildirib. İlkin məlumatlara görə, beş nəfər ölüb, altı nəfər yaralanıb.
“Astra”-nın məlumatına görə, Çexovda dronlar “Wildberries” anbarını hədəf alıb.
Ukrayna PUA-ları həmçinin Leninqrad vilayətinə də hücum edib. Vilayət qubernatoru Aleksandr Drozdenko 17 dronun məhv edildiyini bildirib: "Krasnıy Bor anbar ərazisində ziyan var. Bir nəfər yaralanıb. Məlumat dəqiqləşdirilir".
Sosial mediadakı məlumatlara görə, burada da “Wildberries” logistika mərkəzinə zərbə endirilib. Hücumdan sonra obyektdə böyük yanğın baş verib. Hücuma məruz qalan anbar, şirkətin Leninqrad bölgəsindəki ən böyük logistika kompleksidir və 154.000 kvadrat metr sahəni əhatə edir.
24 iyulda Ukrayna dronları bölgədəki iki digər “Wildberries” çeşidləmə mərkəzinə hücum etmişdi: Utkina Zavod (18.000 kvadrat metr) və Şuşary (106.000 kvadrat metr).
“AzPolitika.info”