Icma.az, Axar.az saytına istinadən bildirir.
“Wildberries” şirkətinin Ryazan anbarı müvəqqəti olaraq çatdırılma üçün əlçatan deyil.
Axar.az xəbər verir ki, bu barədə şirkət nümayəndələri “WB Partners” Teleqram kanalında məlumat yayıblar.
“Ryazandakı anbar müvəqqəti olaraq çatdırılma üçün əlçatan deyil. Bu yerdə saxlanılan məhsullar hazırda satış üçün əlçatan deyil.
Hazırda ehtiyatların (qalıqların) sistemdə düzgün əks olunması ilə bağlı işlər aparılır, yaranmış problemin yaxın vaxtlarda aradan qaldırılmasını planlaşdırırıq”, - məlumatda bildirilib.
Qeyd edək ki, səhər saatlarında Rusiyanın Ryazan şəhəri Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb. Hədəf “Wildberries” şirkətinə məxsus çeşidləmə kompleksləri və Ryazandakı neft emalı zavodu olub.
Xatırladaq ki, Ukrayna 17 iyuldan davamlı olaraq “Wildberries” anbarlarına zərbələr endirir.