sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Willem II" Niderland çempionatının 14-cü turunda "Groningen" ilə 1–1 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, Tilburq təmsilçisi bununla ölkə çempionatının yüksək liqasında ardıcıl qələbə qazana bilmədiyi oyunların sayını 31-ə çatdırıb.
Yurgen Streppelin yetirmələri liqada xoşagəlməz rekorda imza atıblar. Onlar "Helmond Sport"un 1983–1984-cü illər aralığında qeydə alınan 30 oyunluq qələbəsiz seriya rekordunu geridə qoyublar.
"Willem II"nin Erediviziyadakı son qələbəsi 2024-cü ilin dekabrın 22-nə təsadüf edir. Həmin vaxt komanda 17-ci turda "NEC"i 4–1 hesabı ilə məğlub etmişdi. Mövsümün ikinci yarısında bir dənə də olsun qələbə qazana bilməyən komanda turnir cədvəlini 16-cı pillədə başa vurub və daha sonra liqada qalmaq uğrunda keçirilən pley-off oyunlarında "Telstar"a məğlub olub (iki oyunun cəminə görə 5–3).
Bir mövsüm sonra "Willem II" Niderlandın ikinci divizionunda pley-off mərhələsini uğurla keçərək yenidən yüksək liqaya qayıdıb.
Qeyd edək ki, komanda cari mövsümdə 14 turdan sonra cəmi 4 xal toplayaraq turnir cədvəlində 18-ci yerdə qərarlaşıb.