Wimbledon un mükafat fondu rekord həddə çatıb

13.06.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ildə "Wimbledon" tennis turnirinin ümumi mükafat fondu 53,5 milyon funt sterlinq (təxminən 73 milyon dollar) təşkil edəcək.

İdman.biz xəbər verir ki, bu, rekord göstəricidir – ötən illə müqayisədə məbləğ 7% artıb.

Təklərin yarışında qaliblər 3 milyon funt sterlinq (təxminən 4 milyon dollar) mükafat alacaqlar. İlk mərhələdə məğlub olan tennisçilər isə 66 min funt sterlinq (təxminən 89 min dollar) qazanacaqlar ki, bu da ötən illə müqayisədə 10% çoxdur.

"Wimbledon"un əsas turnirinin oyunları iyunun 30-dan iyulun 13-dək keçiriləcək. Hazırkı çempionlar ispan Karlos Alkaras və çexiyalı Barbora Kreyçikovadır.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью