“Windows 11”də format dövrü bitdi Sistem bu yolla yenilənəcək

17.09.2026

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

“Windows 11”də kompüteri formatlamaq üçün USB yaddaşdan istifadə ehtiyacı azalır.

Lent.az xəbər verir ki, “Microsoft” yeni “Cloud Rebuild” funksiyası ilə sistemi birbaşa bulud üzərindən sıfırlama imkanını təqdim edib.

“Windows 11 Insider Beta”nın 26220.9343 versiyasında istifadəyə verilən funksiya sistem tamamilə çöksə belə, yeni “Windows” versiyasını buluddan yükləyərək quraşdırır və əsas drayverləri avtomatik bərpa edir.

Bunun üçün fiziki yükləmə daşıyıcısına və xüsusi quraşdırma fayllarına ehtiyac qalmır.

Bundan əlavə, yeniləmə “Wi-Fi” profillərinin saxlanılması, yeni interfeys imkanları, qaranlıq rejim və “OneDrive” vasitəsilə avtomatik foto-video ehtiyat nüsxələmə funksiyalarını da gətirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью