Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Kompüterinizə format vermək üçün artıq USB yaddaş axtarmağa ehtiyac qalmaya bilər. “Microsoft” Windows 11 istifadəçiləri üçün sistemi internet üzərindən yenidən qurmağa imkan verən yeni funksiyanı sınağa çıxarıb.
“Yeni Sabah” xəbər verir ki, Windows 11-in 26220.9343 nömrəli sınaq versiyasına “Cloud Rebuild” adlı yeni funksiya əlavə edilib.
Bu funksiya kompüterdə problem yarandıqda Windows-u USB yaddaş və ya ayrıca quraşdırma faylı olmadan yenidən qurmağa imkan verəcək. Yəni istifadəçi sistemi birbaşa internet üzərindən yükləyib sıfırlaya biləcək. Pepperoni pizza
Funksiya hətta "Windows" tamamilə işləmədiyi halda da istifadə oluna biləcək. Sistem bərpa bölməsindən yeni Windows versiyasını internetdən yükləyəcək və kompüterə yenidən quraşdıracaq.
Bundan başqa, əsas qurğu sürücüləri də avtomatik quraşdırılacaq. Bu isə formatdan sonra səs, internet və digər əsas avadanlıqların işləməsi üçün lazım olan sürücüləri ayrıca axtarmaq ehtiyacını azaldacaq.
"Microsoft" bərpa prosesini internetə qoşulmaq baxımından da sadələşdirir. Sonuncu yeniləmə ilə kompüterin simsiz şəbəkə məlumatlarını bərpa bölməsində saxlamaq mümkün olacaq. Beləliklə, sistem yenidən qurularkən Wi-Fi məlumatlarını təkrar daxil etmək lazım gəlməyəcək.
İlk mərhələdə bu funksiyadan istifadə etmək üçün kompüterə birbaşa giriş tələb olunur. Lakin gələcəkdə Microsoft "İntune" vasitəsilə şirkət və təşkilatların kompüterləri uzaqdan da yenidən qurmasına imkan veriləcək.
Yeniləmə ilə Windows 11-də başqa dəyişikliklər də olacaq. Avtomatik oynatma funksiyası yenilənmiş görünüş alacaq, mətn ölçüsünün dəyişdirilməsi ilə bağlı imkanlar təkmilləşdiriləcək və tünd rejim dəstəyi genişləndiriləcək.
İstifadəçilər həmçinin DIB formatlı şəkillərdən masaüstü fonu kimi istifadə edə biləcəklər. Fayl menecerinin ünvan sətrində bəzi yeni yazılış formalarına dəstək veriləcək.
Bundan başqa, yeni emojilər, böyüdücü alətdə dəyişikliklər və “OneDrive” vasitəsilə telefondakı foto və videoların avtomatik ehtiyat nüsxəsinin yaradılması imkanı da təqdim olunur.
Microsoft bu yeniliklərlə Windows-un bərpasını daha asan və sürətli etməyi hədəfləyir.