Windows u sürətləndirməyin sadə üsulları

09.06.2026

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Windows 11" əməliyyat sistemini sürətləndirməyin qeyri-adi və effektiv üsulu məlum olub.
Demokrat.az xəbər verir ki, kompüterin işini yaxşılaşdırmaq üçün avtomatik açılan proqramları tənzimləmək lazımdır.
Bəzi tətbiqlər sistem işə düşən andan etibarən resursları idarəsiz istehlak edir. Ekspertlər ilk növbədə bütün oyun platformalarının avtomatik açılışını bağlamağı məsləhət görürlər.
Bu proqramlar arxa fonda yenilənmələr yükləyərək fərdi kompüteri ciddi şəkildə ləngidir. "Teams", "Discord" və "Slack" kimi kommunikasiya tətbiqlərini də siyahıdan çıxarmaq lazımdır. Cihazla gələn və istifadə olunmayan köməkçi servislər də sistemi yükləyir. Bura işıqlandırma, veb-kamera və səs idarəetmə proqramları daxildir. Həmin xidmətlərin fəaliyyətini dayandırmaq əməliyyat sisteminin sürətini əhəmiyyətli dərəcədə artırır.
Qısası, kompüterin tez açılması və sürətli işləməsi üçün arxa fonda lazımsız açılan oyun və söhbət proqramlarını bağlamaq lazımdır.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью