Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bir qrup “Wolt” kuryeri xidmət göstərilən bəzi obyektlərlə bağlı narazılıqlarını ictimailəşdirib.
Avtosfer.az-ın sosial şəbəkə hesabına daxil olan şikayətdə bildirilib ki, kuryerlər bəzi iaşə obyektlərində sifarişlərin düzgün qablaşdırılmadığını, nəticədə məhsulların zədələndiyini və bunun maddi məsuliyyətinin onların üzərinə qoyulduğunu iddia edirlər.
Kuryerin sözlərinə görə, bu hallarla bağlı dəfələrlə şirkətə müraciət etsələr də, problemlərinin həlli istiqamətində nəticə əldə olunmayıb. Onlar həmçinin bildirirlər ki, şirkət nümayəndələri ilə əlaqə saxlamaqda çətinlik çəkirlər, zənglərinə cavab verilmədiyini və qəbul edilmədiklərini iddia edirlər.
Qeyd edək ki, redaksiyamız məsələ ilə bağlı “Wolt” şirkətinin mövqeyini öyrənmək üçün əlaqə saxlamağa çalışsa da, sorğumuza cavab almaq mümkün olmayıb.
Fatimə